Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Sülhməramlılar Yekaterinanın da heykəlin qoysunlar, ancaq atın üstündə yox" - Aqil Abbasdan REAKSİYA

Reklam: Sinerji Pro

“Biz də zamanı gələndə Xocalıda həmin abdilərin yanında Xocalıda şəhid olanlara abidə qoyarıq”.

Bunu Rusiya sülhməramlı qüvvələrinin Xocalıda Rusiyanın 10 dahi şəxsiyyətinə abidə qoymasına münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

 

Aqil Abbas bildirib ki, o bayraq enəcək, o əsgər gedəcək:

“Eybi yox, biz də zamanı gələndə Xocalıda həmin abdilərin yanında Xocalıda şəhid olanlara abidə qoyarıq. Biz erməni deyilik ki, kilsə dağıdaq, abidə dağıdaq. O abidələrin qarşısında Milli Qəhrəmanlar Aqil Quliyevin, Əlif Hacıyevin abidələrini qoyarıq. Nə çoxdur heykəl qoyulmalı oğlanlarımız. Acığa Elman Məmmədovun (Xocalının millət vəkili – red.) da heykəlin qoyarıq. Rusiya sülhməramlıları Yekaterinanın da heykəlin qoysunlar, ancaq atın üstündə yox.

Bir gün Rusiya sülhməramlıları gedəcək. Yunanlar Kardak qaylıqlarına bayraq sancanda Tansu Çillər demişdi ki, o bayraq enəcək, o əsgər gedəcək. Eynilə, o bayraq enəcək, o əsgər gedəcək”.

Səxavət Məmməd

www.yenicag.az

349
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100