!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların ədalətsiz mövqeyi: “Erməni birləşmələri rusların köməyi ilə...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan gec-tez istəyinə çatacaq. Bundan narahat olan Rusiya diplomatik yolla varlığını Qafqazda sürdürmək istəyir”.

Bunu Rusiyanın Azərbaycan rəsmiləri ilə sıx əlaqə saxlamasına münasibət bildirən politoloq Elçin Abdullayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya baş verən proseslərdən narahatlıq hissi keçirir:

“Rusiya üçüncü tərəf olaraq 9 noyabrda üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Separatçı erməni birləşmələri rus sülhməramlılarının köməyi ilə silahlanır.

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad olunmuş ərazilərini hələ də qondarma erməni toponimləri ilə təqdim edir. Azərbaycanlı jurnalistlərin fəaliyyətinə sülhməramlılar maneə yaradır. Dominantlığını qorumaq istəyən Rusiyanın Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədiyini cəmiyyətimiz dərk edir. Baş verən hadisələr Azərbaycan cəmiyyətində narazılığa səbəb olur.

Separatçılar silahsızlaşdırılmalı, qondarma ərazi toponimləri Azərbaycan dilində yer alan adlarla əvəzlənməlidir.

Azərbaycan gec-tez istəyinə çatacaq. Bundan narahat olan Rusiya diplomatik yolla varlığını Qafqazda sürdürmək istəyir. Buna nail olacaqmı? Artıq vəziyyət sual altındadır. Fikrimcə, Rusiyanın Qafqazdan əlini-ayağını kəsəcəklər. Baş verən proseslər bunu deməyə əsas verir. Qalib tərəf Qərb olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

3933
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv