Sülhün yolu Ermənistanın konstitusion islahatlara getməsindən keçir - DEPUTAT

media-hightechnic-468x90

“Ermənistanın hələ də konstitusion islahatlara getməməsi və Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan müddəaların qüvvəsini qoruması narahatlıq doğurmaqdadır”.

media-9777

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Paris Sülh Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın “bizdə sülh var və bu, reallıqdır” bəyanatına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycanın hərbi-siyasi yolla yaratdığı yeni reallıq və müharibədən dərhal sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesi nəticəsində bu gün faktiki olaraq Cənubi Qafqazda de-fakto sülh hökm sürməkdədir:

“Paşinyanın özünün də dəfələrlə ifadə etdiyi kimi, artıq Azərbaycan-Ermənistan şərti sərhədlərində və birbaşa təmas xəttində hərbçilər ölmür, silah səsi gəlmir. Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladığı sənədlər, o cümlədən Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair Sazişin paraflanması reallıqların rəsmiləşdirilməsi istiqamətində son nöqtə rolunu oynadı. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün texniki və digər köməkçi mərhələləri arxada qoyub”.

Deputat qeyd edib ki, sülhün rəsmən bərqərar olunması üçün Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın konstitusion səviyyədə Azərbaycana münasibətdə ərazi iddialarından imtina etməsini gözləyir:

“Bunun yolu isə qərb qonşumuzun konstitusion islahatlara getməsindən keçir. Hazırda Azərbaycan və Ermənistan arasındakı ritorika, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində həyata keçirilən danışıqlar, aidiyyəti komissiyaların birgə fəaliyyəti regionda yekun sülh istiqamətində vahid iradənin mövcudluğu barədə düşünməyə əsas verir. Lakin Ermənistanın hələ də konstitusion islahatlara getməməsi, yəni konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan müddəaların qüvvəsini qoruması narahatlıq doğurmaqdadır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa