!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Şumaxerin ailəsi həqiqəti demir”

!Reklam – Yazi

Bu sözləri Mixail Şumaxerin ailəsinin “Formula 1″in əfsanəvi pilotunun sağlamlıq vəziyyəti ilə bağlı yalnış məlumat verməsindən hiddətlənən keçmiş meneceri Veber deyib.

“Bunte” jurnalına bir-birindən maraqlı açıqlamalar verən pilotun keçmiş meneceri, pilotun ailəsini və hazırkı menecerlərini yalan danışmaqda ittiham edib.

Veber pilotun hazırkı meneceri Sabina Kehmi həqiqəti gizlətmək və yalnış məlumatlar ötürməkdə günahlandırıb.

Villi Veber: “Şumaxerin ailəsi həqiqəti demir. Bir divar çəkiblər və mənim məsləhətimi də dinləmirlər. Məncə, artıq pərəstişkarlarına həqiqəti deməyin vaxtı çatdı. Hər nə olursa olsun, ümidi itirmək lazım deyil. Evdə telefonum zəng çalanda, Şumaxerin mənə zəng etdiyini düşünürəm. Mənə “Necəsən?” dediyini xəyal edirəm”.

Fransada Alp dağlarında xizək sürdüyü zaman baş verən qorxunc qəza sonrası iflic olan pilot hazırda Cenevrə gölü kənarındakı villasında 15 nəfərlik həkim briqadası tərəfindən nəzarətdə saxlanılır.

Yenicag.az

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv