Sumqayıt braziliyalı futbolçunu transfer eydi

media-hightechnic-468x90

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, klub son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası ərzində “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi komandaların şərəfini qoruyub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600