“Sumqayıt” qvineyalı hücumçu ilə müqavilə bağladı

media-hightechnic-468x90

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini yeni hücumçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. 27 yaşlı forvard Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600