Sumqayıt Texniki Parkının işçiləri etiraz aksiyasına hazırlaşır
Sumqayıt Texniki Parkının (STK) işçiləri etiraz aksiyasına hazırlaşır.
Bu barədə məlumatı STK-da çalışan, hələlik adının çəkilməsini istəməyən işçilər verib. Etiraz aksiyasına səbəb isə əmək haqqının verilməməsidir. İçilərin dediyinə görə, artıq STK-nın işçilərinin aprel ayından bəri əmək haqqı verilimir. Bununla bağlı dəfələrlə rəhbərliyə müraciət edilsə də nəticəsi olmayıb və onlar müxtəlif bəhanələr gətirərək işçilərin əmək haqqını verməkdən yayınıblar. Vəziyyət o həddə çatıb ki, işçilərin bu narazıçılığı STK-nı “kurirovat” edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirvertdiyevə kimi çatıb. Bir müddət o də STK rəhbərliyindən işçilərin bu narazıçılığının artmasına imkan verməməyə müəyyən metodlarla qarşısını almağı tələb edib. Amma bu da artıq nəticə verməyib. Onsuz da az əmək haqqı alan işçilər onların verdiyi vədlərə inanmırlar və ciddi tədbirlər görməyə çalışırlar. İşçilərə bildirilir ki, müxtəlif müəssisələrin onalara külli miqdarda borcları var və həmən müəssisələr bu pulları köçürmür. Digər bir bəhanə kimi istehsal olunan avadanlığın böyük bir hissəsi 2015-ci il birinci Avropa Olimpiya oyunları üçün tikilən obyetktlərə verilir və oradan da hələ ki, pul ala bilmirlər.
STK-da vəziyyətin həddən artıq gərginləşdiyini görən rəhbərlik işçiləri sakitləşdirmək üçün deyirlər ki, iyulun 15-dən etibarən maaşlar verilməyə başlayacaq.
Amma bu maaşları da bütöv verilməyəcək, hissə-hissə veriləcək. Bu da işçiləri qane etmir. İşçilər hesab edir ki, bu yolal onları yenidən aldadacaqlar. Bir aylıq maaş verib yenidən əmək haqqının verilməsini aylarla gecikdirəcəklər. Onlar bu yolla işçiləri aldatmaq istəyirlər.
İşçilər bildirdilər ki, əgər belə olarsa və maaşlar verilməyəcəyi təqdirdə işçilər ciddi tədbirlərə əl atacaqlarını, hətta ölkə başçısına müraciət edəcəklərini deyiblər(moderator.az).