Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. 27 sentyabr – Anım Günü ilə bağlı Şəhidlər xiyabanında keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları öncə Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
www.yenicag.az