Sumqayıtda yataqxanada yanğın oldu, 12 nəfər təxliyə edildi
Sumqayıtda yataqxanada yanğın hadisəsi baş verib:12 nəfər təxliyə olunub.
Yenicag.az məlumat verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında qeydə alınıb.
İlkin məlumata görə, binada baş verən yanğın səbəbindən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.
Yanğın zamanı təhlükəsizlik məqsədilə
12 nəfər təxliyə edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.













