Süni intellekt manipulyasiyası: Netanyahu və Xamneyi ilə bağlı gerçəklər ört-basdır edilir?
“Netanyahunun öldürülməsi və analiz etdikdə, Müctəba Xamneyinin video/foto görüntüsünün həqiqi olma ehtimalı var.”
Bu sözləri Yenicag.az-a açıqlamasında texnologiya mütəxəssisi Elvin Abbasov bildirib.
Mütəxəssis İranın yeni ali dini liderinin sosial şəbəkələrdə yayılmış videosunu analiz etdikdən sonra fikirlərini bizimlə bölüşüb:
“Məsələni araşdırdım İranın rəsmi sayılan media orqanları o açıqlamanı paylaşmayıb. Video özü çox səlist hazırlanıb. Süni intellekt hiss edilmir, açığı, amma dəqiq bir söz demək olmaz. Hər bir halda, Müctəba Xamneyinin belə bir çıxışının olmadığı dəqiqdir. Məntiq ondadır ki, onun özünün rəsmi çıxışı olmayıb. Yaralıdır, ya yox – dəqiq bilinmir, amma Netanyahunun öldüyünə dair Rusiya mediasında güclü məlumatlar var. Rusiya, Türkiyə və müəyyən xarici mediada Netanyahunun öldürüldüyünə dair ciddi iddialar gəzməkdədir. O özü də 5-6 gündür ortalıqda görünmür, səs yazısı və görüntüsü yoxdur. Bu sözləri Müctəba Xamneyi barədə də demək olar. Onun da indiyəcən ali dini lider kimi rəsmi görüntüsü yoxdur. Bütün bunlar göstərir ki, hər iki tərəf manipulyasiyaya cəhd edir.”
Texnologiya mütəxəssisi Müctəba Xamneyinin paylaşılan yaralı fotosunu da təhlil edib və onun “fake” olma ehtimalı olduğunu diqqətə çatdırıb:
“Əslində, bu foto özü də saxta ola bilər. Həqiqi foto olma ehtimalını düşünsək, diqqətlə baxdıqda fotoda üzünün salamat olduğunu görürük. Əgər həqiqətən o video və bu foto həqiqidirsə, bu vəziyyətdə oturub danışa bilər. Sadəcə, o görüntünün canlı olaraq heç bir televiziya vasitəsilə yayımlanmaması onu inandırıcı göstərmir. Saytlarda verilib, orada da manipulyasiya çox rahatdır. Bu fotoya diqqətlə baxdıqda nə 100% süni intellekt, nə də 100% həqiqi foto demək olar. Bədən ölçüləri qeyri-simmetrikdir, arxa və yan hissələr də həmçinin. Üz salamatdır, sadəcə. Həmin görüntüdə də yalnız üzün salamat olduğu görünür, bədən hissəsində isə sarğı hiss edilir, amma bu bir ehtimaldır. Bu məsələlər saniyəlik ekspertiza ilə həll oluna bilməz, dəqiq araşdırmaya ehtiyac var.”
Nurlan Cəfəri













