Sünikdə İÇ SAVAŞ: Paşinyanın partiyasında qarşıdurma YARANDI

media-hightechnic-468x90

Ermənistanın Sünik vilayətinin qubernatoru Robert Qukasyana qarşı hakim “Vətəndaş müqaviləsi” (VM) partiyası daxilində narazılıq artır.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, R. Qukasyanın vilayət rəhbəri təyin olunmasından sonra bir sıra VM üzvləri onun “xarici” fiqur olmasına qısqanclıqla yanaşıb və Paşinyanın yaxın çevrəsindən birini təyin edəcəyi ümidilə daim onun əleyhinə fəaliyyət göstəriblər.

Bildirilir ki, partiyanın növbəti qurultayına hazırlıq çərçivəsində vilayət səfərləri zamanı bəzi VM nümayəndələrinin əsas müzakirə mövzusu partiya proqramı yox, məhz qubernatorun postda qalıb-qalmayacağı olub. İddialara görə, Qafandakı VM üzvlərindən biri açıq şəkildə Qukasyanın vəzifədən uzaqlaşdırılmasını tələb edib. Partiya idarə heyətinə namizəd Arsen Torosyan isə əgər seçilərsə, bu məsələni rəhbərlikdə qaldıracağına söz verib.

Mənbələrin bildirdiyinə görə, qubernatora qarşı narazılığın arxasında Baş nazirin Aparat rəhbəri Arayik Harutyunyan və ona yaxın VM deputatı, qafanlı rəssam David Danielyan dayanır. Hər iki şəxs sözügedən görüşdə iştirak etsə də, məsələ ilə bağlı açıq mövqe bildirməkdən çəkiniblər.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa