!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Supermarket tikilən ərazidən tapılanlar hər kəsi ŞOKA SALDI

!Reklam – Yazi

“Haranı qazsan, yerdən gizli bir xəzinə çıxır”.

Yenicag.az xəbər verir ki, İtaliyanın Emilia-Romagna bölgəsində ticarət və əyləncə kompleksinin tikilməli olduğu yerdə inşaatçılar qədim Roma məbədinin xarabalıqlarını aşkar ediblər.

Bu tapıntıdan sonra tikinti planları unudulub. Qazıntılar davam etdikcə, tapıntılar arxeoloqları bir o qədər həyəcanlandırır.

Yerli sakinlər yeni supermarket, fitnes mərkəzi və uşaq meydançasından ibarət kompleksin tikintisini səbirsizliklə gözləyirlər. Ancaq tikinti sahəsində eramızdan əvvəl I əsrə aid qədim Roma məbədinin və ya “kapitolinin” xarabalıqlarının aşkar olunması planları alt-üst edib.

Arxeoloq Romina Pirraqlia bildirib ki, tapıntıların Yupiter, Juno və Minerva tanrılarının triadasına həsr olunduğu ehtimal edilir:

“Qazıntılar hələ də davam edir. Haranı qazsan, yerdən gizli bir xəzinə çıxır. Biz artıq ərazidə Umbria xalqının (Romalılardan əvvəl yaşamış qədim italiyalı tayfa) yaşadığı eramızdan əvvəl 4-cü əsrə aid daha qədim, daha dərin xarabalıq təbəqəsini aşkar etmişik.

Müasir strukturlara yer açmaq üçün məbədi sökməyəcəyik. Sadəcə planlar dəyişdiriləcək. İstirahət və idman üçün yeni sahələr tapacağıq. Məbəd, qədim Roma şəhərlərinin zamanla necə yüksəlib süqut etdiyinə işıq tutan inanılmaz bir tapıntıdır.”

Nəsimi Ələsgərli

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv