Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Supermarketlərdə Müdafiə Nazirliyinə məxsus məhsullar satılır - FOTO

Alıcılara üzərində “Müdafiə Nazirliyinə məxsusdur, satışı qadağandır” qeydi olan konservlər təklif edilir.

Yenicag.az xəbər verir ki, “Araz” supermarketindən alınan “Ətli ağ lobya”nın qabı üzərində “MN-ə məxsusdur, satışı qadağandır” qeydi aşkar olunub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı həmin məhsulun quruma aidiyyatının olmadığını bildirib:

“Üzərində Azərbaycan, gürcü dilləri ilə yanaşı ingilis dilində yazılar olan o məhsul bizim deyil. Biz elə məhsul almırıq. Həmin məhsulların şəkillərini görmüşük. Müdafiə Nazirliyinə aid olan heç bir ərzaq anbarında və hərbi hissələrdə bu qablaşdırmada və bu menyuda qida məhsulu yoxdur”.

Müdafiə Nazirliyi haqqında danışılan məhsulun onlara aid olmadığını bəyan etsə də, qabın üzərindəki yazıda sifarişçi kimi məhz o qurumun adı göstərilib.

Mövzunu davam etdirəcəyik.

Səxavət Məmməd

www.yenicag.az

2789