Şura 2017-ci il qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirəcək

qhtleredovletAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə QHT-lərin rəy və təkliflərini öyrənmək üçün ictimai müzakirə təşkil edəcək.

Toplantı 22 noyabr 2016-cı il, saat 12:00-da Park İnn hotelinin “Dan Ulduzu” zalında keçiriləcək.