!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya böhranının YENİ ÜZÜ: “Atılacaq addımlar artıq çoxdan müəyyənləşib”

!Reklam – Yazi

“Şam itirildi, Əsəd getdi. İndi isə HTŞ və digər qrupların nə edəcəyi maraq doğurur. YPG/PKK terror təşkilatının Əsədin mövqeyinə düşməsi bu azlığın Ərəb coğrafiyasına və sərvətlərinə hakim olmasına müəyyən təsirlər edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

O, Əsəd rejimin devrilməsindən sonra Suriyadakı perspektivləri izah edib.

Analitikin sözlərinə görə, YPG/PKK-nın nəzarətində olan Fəratın şimalı və şərqindəki ərazilərdə vəziyyət çox aydındır:

“Bu bölgələrdə neft və təbii qaz yataqları, Suriyanın ən münbit torpaqlarının 70%-i, su və ərəb xalqı da daxil olmaqla, Suriyanın digər xalqlarının torpaqları və sərvətləri YPG/PKK-nın nəzarətindədir. Buna qarşılıq olaraq, HTŞ və ona bağlı digər təşkilatların əlində nə var? Demək olar ki, heç nə! Suriya ərazisinin 80%-i ərəb mənşəli insanlarla doludur. Əgər Suriya bölünərsə və ya siyasi birliyi pozularsa, bu ərəblərə nə qazandıracaq? YPG/PKK terror təşkilatına nə verəcək? HTŞ və ona bağlı qruplar, bu məsələni nəzərə alırlarmı? Türkiyə isə YPG/PKK-ya qarşı mümkün əməliyyata necə yanaşacaq? Bu sualın cavabı çox aydındır: atılacaq addımlar artıq çoxdan müəyyənləşib”.

Rafi Müslümov

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv