Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suriya nefti ABŞ və Rusiyanı qarşı-qarşıya gətirir

ABŞ-ın hərbi qüvvələrini Suriyanın neft istehsal mərkəzlərinə yerləşməsi gərginliyi artırır.

Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixayıl Boqdanov deyib.

Onun sözlərinə görə, ABŞ ordusunun hərbi baza yerləşdirdiyi Rimelan neft yatağı ərazisində İŞİD təhlükəsi yoxdur. Boqdanov Rusiyanın bunu qəbul etməyəcəyini bildirib.

Suriyanın neft yataqları daha əvvəl də ABŞ və Rusiya arasında gərginlik səbəbinə çevrilib. 2018-ci ilin fevralında Rusiyanın “Vagner” hərbi şirkətinin silahlıları Deyr əz-Zir vilayətinin Hişam qəsəbəsi yaxınlığında ən böyük təbii qaz terminalı olan “Conoco” istehsalat mərkəzi ABŞ ordusu tərəfindən hücuma məruz qalıb, xeyli sayda silahlı öldürülüb.

Bu ilin oktyabrında Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi əməliyyatdan sonra şimal ərazilərdən çəkilən ABŞ ordusu Deyr əz-Zor və digər ərazilərdəki neft yataqlarını nəzarətə götürüb. Vaşinqton bu addımı İŞİD-in yenidən fəallaşması ilə əlaqələndirir, Suriya neft gəlirinin kürdlərə veriləcəyini bildirir.

Loading...

www.yenicag.az

1294
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100