!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya Rusiya hərbi karvanı Tartusa buraxmadı

!Reklam – Yazi

Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, Latakiya əyalətindəki Xmeymim aviabazasından çıxan 30 raket dolu maşın karvanı Suriyanın yeni hökumətinə məxsus qoşunlar tərəfindən Tartus keçid məntəqəsində dayandırılıb.

Keçid məntəqəsində səkkiz saat gözlədikdən sonra karvan Xmeymim bazasına qayıtmağa məcbur olub.

Bildirilib ki, hadisə Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsranın “Suriya ona sərfəli olarsa, Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarını öz ərazisində saxlayacaq” açıqlamasından sonra baş verib.

Qeyd edək ki, Rusiya hərbçiləri Bəşər Əsəd rejimi ilə razılaşmaya uyğun olaraq 2015-ci ilin avqust ayından etibarən Xmeymim bazasından istifadə edir.

www.yenicag.az

58
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv