Suriyada 40 İŞİD silahlısı məhv edilib

media-hightechnic-468x90

a92dd4976f40201e5c9b127e75f5dba2Suriyada İŞİD terrorçularının avtomobil karvanına endirilən hava zərbələri nəticəsində azı 40 silahlı məhv edilib.

Bu barədə Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Aviazərbələrin dünən axşam Hama əyalətində endirildiyi bildirilir. Hücum nəticəsində 16 avtomobilin hamısı məhv edilib.

Təşkilatın rəhbəri Rami Abdel Rahman aviazərbələrin Rusiya, yoxsa Suriya ordusu tərəfindən həyata keçirildiyi barədə dəqiq məlumatlar olmadığını bildirib. “Lakin bu təyyarələr rəsmi Vaşinqtonun rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus deyil”, – deyə o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Suriya generalı Əli Mayxub Suriya Silahlı Qüvvələrinin terrorçuların Sirmaniya qəsəbəsindəki və Tamanidəki məntəqələrini məhv etdikləri barədə məlumat yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600