Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suriyada daha 7 Türkiyə hərbçisi yaralanıb

Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan “Fərat Qalxanı” əməliyyatında daha 7  Türkiyə hərbçisi yaralanıb. APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, “təcili yardım” maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb.

Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.

www.yenicag.az

218