Suriyada kökü qazınan TERROR: Türkiyə ordusunun hərbi müdaxiləsi gündəmdədir” – Əkrəm Kızıltaşın ŞƏRHİ / VİDEO
“Türkiyə Silahlı Qüvvələrinin birbaşa və ya dolayısı ilə Suriyaya müdaxilə məsələsi gündəmdədir”.
Bu fikirləri Suriyada baş verən son hadisələri dəyərləndirən Türkiyənin “Takvim” qəzetinin siyasi şərhçisi Əkrəm Kızıltaş Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Suriyada yaşanan hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini görmək üçün bir az gözləmək lazımdır:
“Çünki PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YGP-nin yeni hökumətlə inteqrasiyası həyata keçirilməlidir. Bu baş verməsə, Türkiyə Silahlı Qüvvələrinin birbaşa və ya dolayısı ilə Suriyaya müdaxilə məsələsi gündəmdədir. Elə, ya da belə, bu baş verəcək.
Hazırda Suriyadakı enerji hövzələrinə çökən və oranı istədiyi kimi istismar etdiyini düşündüyümüz PYD/YPG təşkilatının həmin yerdən gəlir əldə etdiyini söyləmək çətindir. Buradakı fəaliyyət qeyri-qanunidir və çıxarılan neftin satışı önündə əngəllər var. Ancaq Suriya hökuməti bütün ölkədə iqtidarını bərpa etsə, onun nəzarəti altına neft çıxarılsa, hər kəs qazanclı çıxar”.
Ə. Kızıltaş qeyd edib ki, PYD/YPG-nin Suriya hökumətinə inteqrasiya olunması regionda sabitlik yaradacaq.
Ətraflı videomaterialda:












