Suriyada QANLI TOQQUŞMALAR: "Hökumət SDQ ilə bacarmasa, Türkiyə müdaxilə edəcək"

media-hightechnic-468x90

Suriyada hökumət qüvvələri ilə ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında küçə döyüşlərinin başlaması regionda gərginliyi pik həddə çatdırıb. 

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Suriya hökumətinin SDQ ilə apardığı mübarizə bir sıra çətinliklərlə müşayiət olunur.

media-hq720-6

Politoloqun sözlərinə görə, qarşı tərəfin hərbi potensialı kifayət qədər yüksəkdir:

“Suriyanın SDQ ilə daxili müharibəyə girməsi elə də asan məsələ deyil. Çünki qruplaşmanın əlində kifayət qədər müasir silah və texnika var. Bu hərbi təminatı onlara ABŞ və İsrail həyata keçirib. Hazırkı məqamda Suriya ordusunun əlində onları qısa müddətdə məğlub edə biləcək hərbi güc və texnika yetərli deyil”.

S.Hümbətov qeyd edib ki, Türkiyə sərhədlərində baş verən bu prosesləri yaxından izləyir və zərurət yaranarsa, hərəkətə keçəcək:

“Əgər rəsmi Ankara görsə ki, Əhməd əş-Şaraa hökuməti terrorçu qruplaşmalarla bacarmır, o halda Türkiyə məcburi şəkildə müdaxilə etməlidir. Düşünürəm ki, Türkiyə ilk mərhələdə qarşıdurmaya birbaşa girməyərək Şaraa hökumətinin silahlanmasında və hərbi dəstək verilməsində iştirak edə bilər. Lakin bu dəstək də kifayət etməsə, Türkiyənin hərbi müdaxiləsi qaçılmaz olacaq”.

Politoloq əlavə edib ki, hadisələrin gedişatı meydandakı real döyüşlərdən asılıdır:

“Hazırda bu barədə konkret fikir bildirmək tezdir, lakin yaxın gələcəkdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi bəlli olacaq. Hər halda, Türkiyənin təhlükəsizlik maraqları Suriyanın şimalındakı vəziyyətdən birbaşa asılıdır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa