!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyadakı azərbaycanlı qrup “Əl-Nusra” ilə birləşdi

!Reklam – Yazi

 

al-nusra-front_1_0Suriya ilə bağlı Rusiya-Türkiyə danışıqları davam edərkən, Bəşər Əsədin önəmli düşmənlərindən “Əl-Nusra” ciddi bir gedişə imza atdı. Belə ki, “Əl-Qaidə” Terror Təşkilatının bölgədəki təmsilçisi olan “Əl-Nusra” ilə Mühacirin ordusu birləşib.

Yenicag.az xəbər verir ki, 1500 nəfərdən ibarət Mühacirin Ordusu bu gün “Əl-Nusra”ya qatıldıqlarını açıqlayıblar.

Mühacirun Ordusu əsasən Suriyada döyüşən çeçen, azərbaycanlı, özbək və taciklərdən ibarətdir. Bu qrupun öldürülən liderlərindən biri Əbu Yəhya əl-Azəri idi.

Bu birləşmə Əsədə qarşı döyüşən “Əl-Nusra”nın əlini gücləndirəcək. Belə ki, hazırda bu qrup iki cəbhədə (“Fətih” və “Cənub”) Əsədə qarşı döyüşlərini davam etdirir.

“Əl-Nusra”nın lideri Culaninin sözlərinə görə, ordusunun yüzdə 30-u xaricilərdir.

Elçin

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv