Suriyadakı dəhliz SAVAŞLARI: İsrailin həmləsini pozacaq səbəblər NƏDİR? – TƏHLİL

media-hightechnic-468x90

Ankara ilə Dəməşq arasında imzalanan hərbi əməkdaşlıq sazişi Yaxın Şərqin güc balansını kökündən dəyişdirəcək addım kimi qiymətləndirilir. Türkiyənin Suriya ordusuna silah, təlim və texniki dəstək verməsi, Dəməşqin yenidən güc qazanmasına zəmin hazırlayır. Razılaşma həm enerji təhlükəsizliyi, həm də regional sabitlik baxımından kritik əhəmiyyət daşıyır. Eyni zamanda İsrail və terror təşkilatı SDQ-nin planlarının pozulacağı vurğulanır.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşrinin analitik məqaləsində vurğulanıb.

Məqalədə qeyd olunub ki, avqustun 13-də Ankarada imzalanan Türkiyə-Suriya hərbi əməkdaşlıq sazişi Yaxın Şərqin geosiyasi şahmatında daşları yerindən oynadacaq addım kimi dəyərləndirilir. Razılaşma Suriya ordusunun “yenidən qurulması” və “vahid dövlət, vahid ordu” doktrinası əsasında təlim, məsləhət, texniki yardım, eləcə də müəyyən sahələr üzrə təminat və inteqrasiya proseslərini əhatə edir. Türkiyənin Suriya ordusuna silah, təlim və texniki dəstək verəcəyini açıqlaması Dəməşq hakimiyyətinin mövqeyini gücləndirir. Bu isə bölgədəki digər aktorlarda ciddi narahatlıq doğurur. Xüsusilə İsrail və ABŞ tərəfindən dəstəklənən SDQ, bu prosesi birbaşa öz mövcudluğuna təhlükə kimi qəbul edir.

media-tsk-irak-ve-suriye-topraklarinda-ka-mia9

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında həm Fərat Qalxanı və Zeytun Budağı bölgələrində təhlükəsizliyi təmin edir, həm də Tel Rıfat və Münbiç xəttində PKK/SDQ varlığını məhdudlaşdırır.

Təmaslar başladı

Strateji yanaşmalara görə, transsərhəd enerji xətlərinin idarəsi və Suriyada təhlükəsizlik arxitekturasının yenidən formalaşması, sazişi hərbi ölçüdən kənara çıxarır. Razılaşmadan dərhal sonra ilk addımlar atıldı. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər təlim və yenidənqurma istiqamətlərində fəaliyyətə başlayıblar. Suriya Müdafiə Nazirliyinin nümayəndə heyətləri Milli Müdafiə Universitetində görüşlər keçirib, ehtiyacların müəyyənləşdirilməsi üçün qarşılıqlı texniki səfərlər planlaşdırılıb. Bu yolla “yeni Suriya ordusu”nun təlim və məsləhət strukturları qurulmağa başlanıb. Ankaranın “Vahid Dövlət, Vahid Ordu” vurğusu isə rəsmi ritorikanın mərkəzinə yerləşdirilib.

Sabitlik perspektivi

Sazişin regional təsirləri birbaşa Suriyanın şimal və şərqindəki balanslara yönəlir. Ankara SDQ-nin mərkəzi orduya inteqrasiya olunmaması halında hərbi əməliyyat seçimini gündəmdə saxlayır. Analitiklər hesab edir ki, Türkiyə-Suriya sazişi həm Dəməşq-SDQ danışıqlarının istiqamətini, həm də ABŞ-nin bölgədəki mövqeyini müəyyən edəcək qədər əhəmiyyətlidir. Əgər Ankara-Dəməşq əməkdaşlığı mərkəzi institutların güclənməsi ilə paralel davam edərsə, regional sabitliyin möhkəmlənəcəyi vurğulanır.

İsrailin narahatlığı

İsrail Ankara-Dəməşq yaxınlaşmasından narazıdır. Çünki SDQ həm İranın Livan-Suriya xəttindəki hərbi şəbəkələrinə qarşı balans elementi, həm də Türkiyəyə qarşı istifadə olunan vasitəçi qüvvə kimi qəbul edilir. Digər tərəfdən, Haseke və Deyr əz-Zor ətrafındakı neft-qaz yataqları İsrailin birbaşa nəzarət edə bilmədiyi, lakin SDQ vasitəsilə yönləndirdiyi strateji resurslardır. Bu səbəbdən Türkiyə-Suriya hərbi sazişi enerji xətlərinin yenidən formalaşması baxımından da kritik əhəmiyyət daşıyır.

Alternativ enerji koridoru

Geopolitik kəşfiyyat analizlərinə görə, Türkiyə və Dəməşqin SDQ-yə qarşı mümkün əməliyyatı nəticəsində 200 milyard kubmetr həcmində ehtiyatı olan Deyr əz-Zor yataqlarının yenidən işlədilməsi gündəmə gələcək. Bu isə İsrail-Yunanıstan-Cənubi Kipr xəttində formalaşan enerji koridoruna qarşı Türkiyə-Suriya xəttində yeni alternativin yaranacağı anlamına gəlir.

media-111111111111111111111111111111111-jmha

ABŞ-nin Suriyadakı ən böyük hərbi mövcudluğu isə ölkənin şimal-şərqində Haseke, Rakka, Deyr əz-Zor və Tabqa kimi şəhərlərdə yerləşən bazalarda cəmləşib. Bu bazalar, əsasən, SDQ ilə ortaq fəaliyyət üçün istifadə olunur.

Qarşı həmlə gələ bilərmi?

Prof. Dr. Həsən Köni (Beynəlxalq münasibətlər üzrə ekspert):

“Şərqi Aralıq dənizində Türkiyə-Suriya əməkdaşlığı ehtimalı, İsrailin dəniz planlarını riskə atır. Buna görə də İsrailin yaxın vaxtlarda üç əsas addıma əl atması mümkündür: birincisi, SDQ ilə hərbi təlim və kəşfiyyat əməkdaşlığını artırmaq; ikincisi, ABŞ vasitəsilə Türkiyəyə təzyiqi gücləndirmək; üçüncüsü isə Körfəz ölkələri ilə enerji əməkdaşlığını sürətləndirmək. Bu baxımdan, hərbi saziş eyni zamanda enerji təhlükəsizliyi razılaşması kimi də dəyərləndirilməlidir.”

Həssas balans oyunu

Ünal Atabay (ehtiyatda olan polkovnik-leytenant):

“Meydanlarda Türkiyənin mövcudluğu qədər, çoxsaylı gizli və açıq aktorlar da rol oynayır. Suriyanın gələcəyində regional oyunçu kimi Türkiyə ön plana çıxırsa, ABŞ-İsrail bloku qarşı tərəfdə dominant mövqedədir. İsrail Suriyanı öz maraqları üçün parçalanmış struktura çevirmək istəyir. ABŞ-İsrail siyasəti ölkənin parçalanmasına zəmin yaradır. Türkiyə üçün əsas risk də məhz buradadır. Buna görə Ankara Dəməşqlə yaxın əməkdaşlığı gücləndirərək həssas tarazlığı öz lehinə qurmağa çalışır.”

Tərcümə: Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa