Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Suriyadan Qarabağ AÇIQLAMASI

Reklam: Sinerji Pro

“Suriya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

Yenicag.az xəbər verir ki, bunu Suriyanın Xarici İşlər nazirinin müavini Feysəl əl-Mikdad Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada özünəməxsus rol oynayıb:

“Təbii ki, burada artıq Bandunq prinsipləri çərçivəsində bəyan edilib. ABŞ-ın, yaxud digər ölkələrin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Venesuela, Nikaraqua, Boliviya kimi ölkələrdə keçirilən seçkinin nəticələrinin tanınmasına çalışmalıyıq. Mənim dövlətim Qoşulmama Hərəkatına inanır. Biz müttəfiqlərin və Azad Suriya Ordusunun dəstəyi ilə ərazimizdə yaranan təhlükə zonalarını yaxşı bilirik. “Terror dünya üçün böyük təhlükədir. Biz sərhəd tanımayan bu bəlanın qarşısını almalı, terrorizmə qarşı birgə mübarizə aparmalıyıq. Biz bu mübarizədə yekdil olmalıyıq. Xüsusən terrorçuluğa qarşı mübarizəni bu və digər ölkənin daxili işlərinə qarışmaq üçün səbəb kimi istifadə etməli deyilik. Bizim ölkəmiz bu gün ərazi bütövlüyü baxımından çox böyük çətinliklərlə üzləşir. ABŞ-ın bu gün apardığı əməliyyatlar birtərəfli əməliyyatlardır. Onlar beynəlxalq hüququ kobud şəkildə pozurlar. Mənim ölkəm Qoşulmama Hərəkatına dərin təşəkkür edir”.

Suriyalı nazir müavini Dağlıq Qarabağ münaqişəsi barədə danışıb:

“Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipi əsas götürülməldir. Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfindəyik və onun ərazi bütövlüyünü dəstəkləyirik. Həmçinin, Minsk Qrupunun fəaliyyətinə istinad edirik. Habelə, qarşıdakı sədrlik dövründə Azərbaycana uğurlar arzulayıram”.

www.yenicag.az

627
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM