Sürücülərə XƏBƏRDARLIQ: Bakı-Şamaxı-Yevlax yolu BUZ BAĞLADI – FOTO

media-hightechnic-468x90

Ötən gecədən yağan qar və güclü çovğun səbəbindən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində bir sıra çətinliklər yaranıb.

Yenicag.az xəbər verir ki, yol buz bağladığından hər iki istiqamətdə avtomobillərin hərəkəti çətinləşib.
Əraziyə AAYDA-nın 19 nömrəli yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Hazırda yolun buz bağlamış hissəsinə duz səpilir və avtomobillərin hərəkəti qismən bərpa olunub.

Bundan başqa Şamaxı-Pirqulu avtomobil yolunda da bir sıra çətinlik yaranıb.

Mütəxəssislər sürücülərə vacib olmadığı halda bu yollardan müvəqqəti olaraq istifadə etməməyi məsləhət görürlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa