Sürücülərin diqqətinə - Bu küçə təmirə bağlanır

media-hightechnic-468x90

Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr ayının 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik qismən məhdudlaşdırılacaq. Küçə boyu hərəkət tam məhdudlaşdırılmır.

Bu barədə Yenicag.az-aAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600