Sürücülərin NƏZƏRİNƏ: Əsas prospektlərdən birində dəyişiklik edildi - VİDEO

media-hightechnic-468x90

Paytaxtın əsas yol sahələrindən olan Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a bildirilib ki, görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib.

Rəsmi məlumata görə, nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.
Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2,5 km qısalıb. Babək prospektindəki mövcud geridönmə yerlərinin nəqliyyat yükü 50%-ə qədər azalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600