!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şuşa Bəyannaməsinin ratifikasiyası Azərbaycanla Türkiyənin dünyaya birgə mesajı oldu” – ŞƏRH

!Reklam – Yazi

“Aradan çox zaman keçməsə də, bu sənədin necə böyük əhəmiyyət daşıdığı getdikcə daha aydın dərk olunur”.

Bu fikirləri ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycan Milli Məclisində və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsində ratifikasiya edilməsini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov deyib.

Ekspertin fikrincə, sözügedən sənədin ratifikasiyası onun işləkliyini daha da artıracaq:

“Əslində, 44 günlük Vətən müharibəsindən təqribən yeddi ay sonra Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladıqları o Bəyannamə iki qardaş ölkə arasında münasibətləri tamamilə yeni səviyyəyə qaldırdı.

Xatırlatmaq yerinə düşər ki, Bəyannamənin imzalandığı dönəmdə vəziyyət həqiqətən, ciddi idi. Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingenti 10 noyabr üçtərəfli bəyanatının müddəalarını pozur, separatçılara silah-sursat göndərilməsinə mane olmur, ermənilər tez-tez təxribatlar törədirdilər.

Eyni zamanda, beynəlxalq ermənipərəst dairələr də Azərbaycanın əldə etdiyi böyük qələbənin yaratdığı yeni reallıqların dəyişdirilməsi üçün fəaliyyətlərini gücləndirmişdilər.

Məhz belə bir vaxtda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyənin dünyaya, xüsusilə də ermənilərin dəstəkçilərinə birgə və qəti mesajı oldu. O baxımdan, aradan çox zaman keçməsə də, bu sənədin necə böyük əhəmiyyət daşıdığı getdikcə daha aydın dərk olunur.

İmzalanmış Bəyannamənin müddəaları onsuz da, yerinə yetirilirdi, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi prosesi ardıcıllıqla davam etməkdədir. Bununla belə, Bəyannamənin ratifikasiyası onun işləkliyini daha da artıracaq və ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək”.

A.Zeynalov

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv