Şuşa fatehi də “Azercell”dən İMTİNA EDİR
Vətən müharibəsi iştirakçısı, Şuşa fatehi, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə “Azercell” mobil operatorunun qiymət artımına etiraz edib.
Yenicag.az xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında paylaşım edib.
“25 ildir istifadə etdiyim “Azercell” nömrəmlə, yəqin ki, bu lazımsız qərardan sonra vidalaşaram. Yadıma gəlir, ilk hərbiçi maaşıma almışdım”, – deyə o, yazıb.
Qeyd edək ki, Bəhruz Məmmədzadə 2003-2021-ci Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub.
44 günlük Vətən Müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib və Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib. 2021-ci ildən ehtiyatda olan hərbi qulluqçu eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.