!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa üçün ÜÇÜNCÜ YOL: “Bu layihəni əhəmiyyətli edən əsas məqamlardan biri də...” - Nəqliyyat eksperti

!Reklam – Yazi

“Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun inşası artıq layihələndirilib və yəqin ki buna müəyyən əlavələr də ediləcək”.

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq, 50 milyon manat ayrılıb.

İşğaldan azad olunmuş torpaqlarımızda avtomobil yollarının çəkilməsi fonunda nəqliyyat sahəsindəki mümkün yeniliklərlə bağlı ekspert Aslan Əsədov Yenicag.az-a açıqlama verib.

Aslan Əsədovun sözlərinə görə, yeni avtomobil yollarının çəkilməsi nəqliyyat sektorunun inkişafı ilə yanaşı, iqtiadi tərəqqiyə də təkan verəcək:

“Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun inşası artıq layihələndirilib və yəqin ki buna müəyyən əlavələr də ediləcək. Bu yolun inşasında əsas məqsəd onun yüksək hərəkətlilik qabiliyyətindən maksimum faydalanmaqdır. Həmin yol Şuşaya çəkilən üçüncü yol olacaq.

Bu yolun düzənlik ərazilərə yaxın olması, Arazboyu ərazilər və nisbətən alçaq təpəli dağlardan keçməsi yüksək hərəkətə imkan verəcək. Digər tərəfdən, sözügedən yol həm də rəmzi məna daşıyır. Çünki yolun layihəsi Ordumuz tərəfindən hazırlanıb.

Bakı-Ağdam-Şuşa-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi isə yük və minik avtomobillərinin Şuşa, Xankəndi və Azərbaycanın cənub-qərb bölgələrinə sürətli hərəkəti təmin edəcək. Bu yolu əhəmiyyətli edən əsas məqamlardan biri də Zəngilan-Mehri-Naxçıvan dəhlizi ilə müəyyən kəsişməsinin olmasıdır.

Bakı-Ələt-Astara magistralının Hacıqabul-Bəhramtəpə-Horadiz yolundan müəyyən məsafədə və həmçinin Hacıqabul-Əhmədbəyli qəsəbəsinə qədər olan məsafənin yaşayış məntəqələrinin daxilindən keçməsi “ölü sürət” fikrinin formalaşmasına yol açmışdı. Yəni “Sabirabad yolu” deyilən ərazidə sürət bəzi yerlərdə 60 və 50 kilometr aralığında dəyişirdi. Bu isə vaxt itkisinə səbəb olurdu.

Lakin yeni yolların inşası sürücülərin rahatlığını təmin edəcək. Zəngilan-Mehri-Naxçıvan avtomobil yolunun İranın keçid məntəqələri və eyni zamanda, Xudafərin, Ağbənd və Mincivan məntəqələrinin yaxınlığından keçməsi İran şirkətlərinin bu yola marağını artıracaq. Belə ki, İran şirkətləri bu yolu daha sərfəli hesab edəcəklər”.

Gülşən Şərif

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv