Taekvandonçulardan daha bir uğur-Canlı yayım

93511Taekvandoçumuz Beigi Herçeqani finala vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, o, yarımfinalda Portuqalidan olan Jolio Ferreyranı 6:2 hesabı ilə məğlub edib.

Beigi Herçeqani finalda Rusiya-İtaliya cütlüyünün qalibi ilə qarşılaşacaq.
…17:27…

İdmançımız Beigi Herçeqani Portuqalidan olan Jolio Ferreyra ilə qarşılaşır.

Yarımfinal qarşılaşması -80 kq çəki dərəcəsində keçirilir. Təmsilçimiz qələbə qazanarsa final vəsiqəsini təmin edəcək.
…16:10…

I Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlar davam edir.

Azərbaycan təmsilçisi Beigi Herçeqani (-80 kq çəki dərəcəsi) Böyük Britaniyadan olan Lutalo Məhəmməd ilə münasibətlərinə aydınlıq gətirib.

Təmsilçimiz 1/4 final mərhələsində rəqibinə qarşı açıq aşkar üstünlük qurub. Görüşü vaxtından avvəl bitirən təmsilçimiz Lutalo Məhəmmədi 17:5 hesabı ilə məğlub edib. Aradakı xal fərqi 12-ni keçdiyi üçün döyüş 3-cü raundda yarımçıq bitib. Nəticə etibarilə taekvondoçumuz yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, Beigi Herçeqani bundan öncə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşib. İdmançımız 12:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırmışdı.