!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Könüllü döyüşçülərin STATUS “DÜYÜNÜ”: “Şəhid olanlara müvafiq status verilibsə, o zaman...” - Ədalət Verdiyev

!Reklam – Yazi

“Əgər üzləşdikləri bu problemlər çözülmürsə, həmin şəxslərin məhkəməyə müraciət etmək hüququ var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsində könüllü şəkildə iştirak edərək, veteran statusu ala bilməyən vətəndaşların üzləşdiyi problemə toxunan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, hərbi hissələrə göndərilən hər bir şəxs rəsmi qeydiyyata alınmalıdır:

“Əgər hərbi hissəyə gələn şəxs ezama göndərilibsə, ona nə veteranlıq verirlər, nə maaş verirlər. Halbuki hərbi vəziyyətdə bu mümkün deyil. Ezamiyyətə gəlmiş adam hərbi hissənin ştatına daxil edilibsə, bu artıq ezamiyyət deyil.

Səfərbərlikdən xidməti vətəndaşı göndərəndə bir möhür vurmalıdır ki, xidmətə yola saldım, hərbi hissə isə dərhal hərbi hissə komandirinin əmri ilə onu vəzifəyə təyin etməlidir. Həmin əmrin nömrəsi, tarixi hərbi biletə yazılmalıdır.

Tərxis olunanda müvafiq qeydləri (döyüşdə iştirak edib, etməyib) yazmaqla bərabər hərbi hissə siyahısından çıxarılma barədə əmrin nömrəsi və tarixi hərbi biletə yazılmalıdır. Bu qeydlər yazılandan sonra bilmək olar ki, onlar hərbi hissəyə ezam olunublar, yoxsa xidmətə cəlb ediliblər”.

Ağdam rayonundan 44 nəfərin könüllü şəkildə cəbhəyə yollanaraq, hərbi hissədən silah götürmələri və döyüşlərdə iştirak etdikdən sonra sonra isə heç bir qeydiyyata alınmamalarına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Əgər hansı problemlər çözülmürsə, həmin şəxslərin məhkəməyə müraciət etmək hüququ var. Onlar məhkəməyə müraciət edib haqlarını bərpa edə bilərlər. Həmin könüllülərin arasında şəhid olanlar da var. Şəhidlərə çətinliklə şəhid statusu verdilər.

Əgər o könüllülər eyni bölmədə xidmət ediblərsə, döyüşüblərsə, onlardan şəhid olanlara müvafiq status verildiyi kimi, digərlərinə də veteran statusu verilməlidir. Əgər onların bu barədə müraciətləri nəticəsiz qalırsa, məhkəməyə müraciət etməlidirlər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv