Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 170 nəfər ölüb.
Unikal.org xəbər verir ki. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 962 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 011, ağır xəstələr isə 2 512 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 364 801 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 236 938 nəfər sağalıb, 23 945 nəfər isə ölüb.