Mövsümün ən sevilən bostan bitkilərindən olan qarpız və yemişin faydalı xüsusiyyətləri çoxdur. Qarpız və yemiş karbohidrat, mineral duz və vitaminlərlə zəngindir. Ümumiyyətlə bostan bitkiləri yüngül mexaniki tərkibli, münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyüb inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Yüksək məhsuldarlıq əldə etmək üçün aqrotexniki tədbirlərin, optimal qida və su rejiminin düzgün tətbiq olunması çox vacibdir. Aqrotexniki becərmə tədbirlərinin düzgün yerinə yetirilməsi ilə yanaşı, məhsulun xəstəlik və zərərli orqanizmlərdən qorunması da vacib amillərdəndir.