Tailandda silahlılar 11 yanacaqdoldurma məntəqəsini partlatdılar
Tailandın cənubunda silahlılar neft-qaz şirkəti PTT-yə məxsus 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğuları işə salıb və yanğınlar törədiblər.
Yenicag.az xəbər verir ki, bu barədə “One 31” telekanalı məlumat yayıb.
Məlumata görə, koordinasiyalı partlayışlar və yanğınlar yanvarın 11-də Narativat, Pattani və Yala əyalətlərində baş verib. Hadisə nəticəsində bir polis əməkdaşının xəsarət aldığı bildirilir.
Təcili xidmətlər hücumların nəticələrinin aradan qaldırılmasına başlayıb, təhlükəsizlik qüvvələri isə yüksək hazırlıq vəziyyətinə gətirilib. Yerli hakimiyyət orqanları hadisələrlə bağlı araşdırma aparır./Apa/












