Taleh Heydərovdan yeni layihə-FOTO

media-hightechnic-468x90

5aa8049cde6fb38c38b7ab9939b548e4Bu gün “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitabının təqdimatını keçirib.
Təqdim olunan uşaq kitabları “TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib.

Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə maliyyə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Məşhur amerikalı yazıçı və illüstrator, dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib.

M. Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. “Doqquz il Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6″Emi” mükafatına layiq görülüb. O, “Nickeladeon” və “Cartoon Network” uşaq telekanalları üçün cizgi filmləri çəkib. “TEAS Press” M. Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib. M. Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi keçəcək.

Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı təqdim olunub. Eyni zamanda hollandiyalı yazıçı və illüstrator Hido Van Heynektinin “Riki” və “Maks” kitabları, habelə “TEAS Press” müəllifin “Klavus” nəşriyyatı ilə birgə dizayn etdiyi “Rikki” oyuncaqları təqdim edilib.

“Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitabların təqdimatı da keçirilib. “Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Nəşriyyat həmçinin yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış “Əcinnə ovçuları” seriyasını təqdim edib. Yuxarı yaşlı uşaqlar üçün kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir.Bura “Green Gables malikanəsinin qızı Anni”, “Qara köhlən” və ‘Sirli bağ” əsərləri daxildir.

Tədbirdə çıxış edən “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin rəhbəri Kolin MakDonell bildirib ki, insanlarda müsbət emosiya görən zaman nəşriyyatın nə dərəcədə müsbət iş gördüyünə əmin olub: “Məhz “TEAS Press”in sayəsində Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı mütərəqqi addım atılıb. Biz uşaqlarda qiraətə maraq yaradan kitabları seçərək tərcümə etmişik. İnanırıq ki, bu kitablar valideynlərə evdə uşaqlara kitab oxumaq vərdişi aşılamağa kömək edəcək. Valideynlər hər gün istisnasız şəkildə uşaqlarına kitab oxumalıdır. Bizim də şüarımız “Gəlin oxuyaq, gəlin paylaşaq” şüarıdır”.

TEAS-ın təsisçisi və sədri Tale Heydərov isə bildirib ki, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək səviyyədə tərcümə edilməsi nəzərdə tutulur. “Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq. Nəşriyyat Evinin Türkiyədə filialı yaradılıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinə dair 40 kitab ilk dəfə türk dilinə tərcümə edilib və çapa hazırlanıb. Nəşriyyat uşaq ədəbiyyatı sahəsində ciddi dəyişikliyə nail olmağı prioritet kimi qəbul edib. Ümummilli lider Heydər Əliyev deyib ki, gənc nəsli necə böyüdüb, tərbiyə edəcəyiksə, millətimizin gələcəyi bundan asılı olacaq. Bu müqəddəs borcun həyata keçirilməsində uşaq ədəbiyyatı xüsusi rola malikdir. Ona görə də uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin nəşri, eyni zamanda dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcümə edilərək təqdim olunması qərara alınıb. Bu baxımdan Azərbaycan nağıllarının sonluğundakı 3 alma əsas götürülərək, nəşriyyat evinin tərkibində “3 alma” uşaq ədəbiyyatı bölməsi yaradılıb. Bu gün biz fəxrlə deyə bilərik ki, “TEAS Press”Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi20-dən artıq kitabı təqdim edir”.

Tərcümə edilən kitablar barədə danışan T. Heydərov qeyd edib ki, D. MakKinin “Elmer” müasir uşaq hekayələri ən çox tanınan və sevilən personajdır: “Bu il “Elmer”in 25 illiydir. Azərbaycanda keçirilən tədbir bu yubileyin bir hissəsidir”.

T. Heydərov nəşriyyatın dünyada ən yaxşı nümunələri nəşr edərək, uşaqlara çatdıracağını vurğulayıb: “Biz bütün uşaq ədəbiyyatı müəllifləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Məşhur amerikalı yazıçı və illüstrator M. Uilyams isə çıxışında Bakıya gəlməyin ən böyük arzularından biri olduğunu nəzərə çatdırıb. Daha sonra o, yaradıcılığından söz açıb və sualları cavablandırıb(apa).

5aa8049cde6fb38c38b7ab9939b548e4 6ffdf038ef3c520aa38c0fe25f5732a0 7b02bb3f1b48883981169bb3bef62da6 8c1d6415245c2032134d53c7b29efb77 33e136314e6d34d36d4112852054b42d 52d2f99ad282ddc2023b411ebe5cb8e4 33e136314e6d34d36d4112852054b42d 52d2f99ad282ddc2023b411ebe5cb8e4 74df766b18cc8fc70ff4e5c7db60a6fb 598e5292bd254f679df34b522396ece3 1236a318b157197bffe28005787d956b

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600