!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Taleyinə qəfil ölümlər yazılan BƏSTƏKAR: Ürəyi dərdə dözmədi

!Reklam – Yazi

“Hikmətdən sonra o ağır dərdi dərk etməkdən qaçaraq, uşaqlarıma görə yaşadım. Sonra yalnız uşaqlarıma görə deyil, musiqilərim məni yaşatdı. Bəstəkar kimi fəaliyyətim dərdimə bir məlhəm oldu… Unutmaq çətin idi. Amma o ağır mərhələni musiqilərimlə sakitləşdim…”

Ölümündən öncə Yenicag.az-a verdiyi son müsahibədə demişdi bu fikirləri. Bir çox hitlərin müəllifi, məşhur bəstəkar Nailə Mirməmmədlini təsadüfən xatırlamadıq. Bu gün onun doğum günüdür.

Ömür yolu hamar olmadı. Taleyinə ağrılı-acılı günlər yaşamaq yazıldı. Əvvəlcə 16 yaşlı oğlu dənizdə boğuldu, ardınca ömür-gün yoldaşını qəfil itirdi. Qəfil itkilərin ağırlığına tab gətirmək üçün Tanrıdan özünə güc-qüvvət dilədi. Musiqiləri köməyinə çatdı. Həzin nəğmələri ilə dərdinə məlhəm olmağa çalışdı. Amma onu üzən dərd bir ömür onunla idi. Yarası heç qaysaq da bağlamamışdı. Bu dərdin ağırlığı ilə yaşayırdı. Amma onun da adı ürəkdir. Bir gün dərdin ağırlığından dözməyib, partlayan ürək. Nailə Mirməmmədlinin də ürəyi bu dərdin ağırlığına çox tab gətirə bilmədi. 2021-ci ilin soyuq yanvar günündə ürək tutmasından bu həyata əlvida dedi.

Amma Nailə Mirməmmədli bu gün də yaşayır. Onu yaşadan isə vaxtilə onu dərdin əlindən qoparmağa çalışan və həyata tutunduran həzin, kövrək mahnılarıdır. Nə qədər ki, bu mahnılar yaşayır, Nailə Mirməmmədli də yaşayacaq.

Cəvahir

COP29

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv