“Taliban” otelə hücum etdi-14 nəfər öldürüldü

media-hightechnic-468x90

Taliban-guerrilla-fighter-001“Taliban” silahlılarının Kabildə mehmanxanaya hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, onların arasında xarici vətəndaşlar da var.

Ölən xarici vətəndaşlardan 7-nin qadın, ikisinin isə kişi olduğu bildirilir. Ölən 5 əfqandan isə biri qadındır. Daha 7 Əfqanıstan vətəndaşı, o cümlədən polis əməkdaşı yaralanıb. 14 nəfərin ölüm xəbərini Əfqanıstandakı BMT Missiyası da təsdiqləyib.

Qeyd edək ki, “Park Palace” mehmanxanasına hücum ötən gün axşam saatlarında olub. Hücumda 4 nəfər iştirak edib. Hadisə yerində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma baş verib. Atışma bir neçə saat davam edib, hücum edənlər zərərsizləşdirilib. Əməliyyat nəticəsində 44 nəfər xilas olunub.

“Taliban” hərəkatı hücumla bağlı məsuliyyəti üzərinə götürüb. Hərəkat nümayəndəsi Zabihulla Mücahid mehmanxanaya xaricilərin olduğu üçün hücum etdiklərini bildirib. O qeyd edib ki, hücum edən şəxs belinə “şəhid kəməri” bağlayıb, habelə “Kalaşnikov” avtomatı və tapança ilə silahlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600