“Taliban” qayıtdı, narkotik 3 dəfə bahalaşdı – Əfqansayağı “sıçrayış”

Əfqanıstanda son ayyarım ərzində narkotik maddələrin qiymətində kəskin artım qeydə alınıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Taliban”ın hakimiyyətə qayıdışından sonra Əfqanıstanda əsas gəlir mənbəyi olan narkotiklər sürətlə bahalaşır.

Məlumata görə, heroin istehsalında əsas xammal kimi istifadə olunan tiryəkin 1 kiloqramının qiyməti artıq 146 dollara qalxıb. Müqayisə üçün bildirilir ki, cəmi 2 ay əvvəl tiryəkin 1 kiloqramı 44 dollar idi.

Narkotik tacirləri bu bahalaşmanı yaxın gələcəkdə “ciddi qıtlığın” ola biləcəyi ilə əlaqələndirirlər. Çünki yayılan qeyri-rəsmi məlumatlara əsasən, “Taliban” ölkədə çətənə becərilməsini qadağan etməyə hazırlaşır.

Qeyd olunur ki, “Taliban” narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün Rusiyadan yardım istəyib.