Talibandan NATO-ya zərbə
Əfqanıstanın paytaxtı Kabildə NATO hərbi maşın karvanına hücum edilib.
Kabildə maşın karvanına terrorçu kamikadze yaxınlaşıb və özünüü partladıb. Partlayış nəticəsində NATO qüvvələrinin 3 hərbçisi həlak olub, 5-i isə yaralanıb.
NATO həlak olnaların milliyəti haqqında hələlik heç bir məlumat vermir.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hücum zamanı hərbçilərlə yanaşı 13 dinc sakin yaralanıb.
Partlayışa görə “Taliban” terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. (anspress.com)