Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Tam olaraq “Qarabağ”la oyuna köklənmişik” - Tibo Kurtua

Reklam: High Technic

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun qapıçısı Tibo Kurtua oyunöncəsi mətbuat konfransında iştirak edib.

Yenicag.az xəbər verir ki, belçikalı qolkiper birbaşa sualları cavablandırıb:

– Fiziki və mənəvi olaraq özünü necə hiss edirsən? Nəzərə alaq ki, təyyarədə uzun yol qət etmisiz və uzun ayaqları təyyarədə yerləşdirmək çətindi…
– Uçuş uzun oldu. Ancaq təyyarə rahat idi. Bundan sonra “Liverpul”la oyunumuz var. Sabahkı oyuna tam hazırıq.

– İngilis vaxtına öyrəşmisiz. Bu da o deməkdi ki, Bakı vaxtı ilə gecə saat 2-də, 3-də yatacaqsız?
– Həmişəki kimi saat 23:00-da yatacam. Təbii ki, Bakı vaxtı ilə.

– Sabah “Qarabağ”la qarşılaşacaqsız. Ancaq demək olar ki, siz daha çox “Liverpul” barədə düşünürsüz?
– Biz tam olaraq sabahkı oyuna köklənmişik. Düzdü, bu komanda ilə oyunumuzda böyük hesabla qalib gəldik. Ancaq nəzərə alaq ki, bu, “Qarabağ”ın ÇL-də ilk oyunu idi. Bu matçdan sonra “Roma” ilə qarşılaşmada yaxşı təsir bağışladılar. “Atletiko” ilə isə iki dəfə heç-heçə etdilər.

– Necə düşünürsüz, sabah Bakıdan 3 xalla ayrıla biləcəksiz?
– Hədəfimiz budu. Favorit bizik. Bu oyunda qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Çalışacağıq ki, erkən qola imza atıb, rəqibi təzyiq altında saxlayaq.

– Növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanmaqdan qorxmursuz ki?
– Biz ilk növbədə vəsiqəni təmin etmək barədə düşünürük. Bundan sonra 1-ci və ya 2-ci yeri tutmaq barədə düşünə bilərik. Ümumiyyətlə, ÇL-in 1/8 final mərhələsində asan rəqib olmur. Elə ola bilər ki, 1-ci olub, növbəti mərhələdə çətin rəqiblə düşək. Hazırda bu barədə düşünmürük.

– “Qarabağ” barədə nə deyə bilərsiz? Sizcə, komanda necə oldu ki, “Atletiko”ya iki oyunda da uduzmadı? Ümumiyyətlə, “Qarabağ”ın hansı xüsusiyyətlərindən çəkinirsiz?
– “Qarabağ” ilk oyundan sonra daha yaxşı təsir bağışlamağa başladı. Əsasən hücumçuları daha inamlı çıxış edir. Bu komanda xüsusilə, əks-hücumda daha təhlükəlidi. Fikrimcə, öz oyunumuzu sərgiləsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə oyunlardakı kimi qələbə qazana bilərik.

– Bu, Bakıya ikinci səfərinizdi. Bundan öncə “Atletiko” ilə səfər etmişdiz. Bu şəhər sizin yadınızda necə qalıb?
– 4 il bundan əvvəl burda olmuşduq. Ümumiyyətlə, burda 3 dəfə olmuşam. Mədəniyyətiniz, insanların mehriban olmasını xüsusi qeyd edərdim. Ümid edirəm ki, sabahkı oyun hər iki tərəf üçün uğurlu olar.

– Yeni müqavilə barədə nə deyə bilərsiz?
– Daha çox öz oyunum üzərində düşünürəm. Bu məsələ ilə menecerim məşğul olur. Bu barədə nə isə deyə bilmərəm. Mövsümün sonunda bu məsələyə qayıdacağıq.

www.yenicag.az

1244
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM