Tanınmış aktrisa TƏƏSSÜFLƏNDİ: “Bədbəxtçilik bundadır ki...”

media-hightechnic-468x90

 

“Əfsuslar olsun ki, bu gün keyfiyyətli musiqini dinləyənlər azalıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa, Əməkdar artist Vəfa Zeynalova “Zaurla Günaydın” verilişində deyib.

Keyfiyyətsiz musiqilərin daha çox təbliğ olunduğunu vurğulayan sənətçi insanların belə musiqilərə tədricən alışdığını təəssüf hissi ilə bildirib:

“Əfsuslar olsun ki, bu gün keyfiyyətli musiqini dinləyənlər azalıb. Bədbəxtçilik bundadır. İnsanlar o qədər keyfiyyətsiz musiqilər eşidir ki, sanki yavaş-yavaş buna alışmağa başlayırıq. Əvvəl-əvvəl o mahnıları eşidəndə qıcıq verir, bir az əsəb keçiririk və s… Sonra isə yavaş-yavaş buna alışırıq. Əlbəttə ki, bu da, insandan asılıdır”.

Nehru

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600