Tanınmış aktrisaya hücum edildi: "Həyatımda eşitmədiyim təhqirləri..." - VİDEO

media-hightechnic-468x90

Aktrisa Raksana İmirin başına iş gəlib.

Yenicag.az xəbər verir ki, Raksana bu barədə “Instagram”da video paylaşıb.

O deyib ki, yaşadığı binanın qarajında komendantın ona göstərdiyi yerdə maşınını saxlayıb.

Lakin mühafizə həmin yerin başqasına aid olduğunu bildirərək avtomobili kənara çəkməsini istəyib.

Xəbərdarlıqdan sonra sənətçi qaraja düşüb və hadisə də bu vaxt baş verib.

Bir qadın aktrisaya hücum edərək nalayiq sözlər söyləyib.

“Bildiyiniz vəhşi idi, qoluma cırmaq atdı, eşitmədiyim söyüşləri söydü. Maşının qapısını güclə bağladım. Sonra avtomobilimi təpikləməyə başladı. Hüquqlarım tapdalanıb, çox xahiş edirəm mənə kömək olun”, – deyə, R. İmir qeyd edib.

O, başına gələn hadisə ilə bağlı polisə müraciət edərək kömək istəyib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600