Xalq artisti TƏƏSSÜFLƏNDİ: "Rəqabət paxıllığa çevriləndə..."

media-hightechnic-468x90

“Hər kəsin uğurunu alqışlamağı bacarmaq isə sənət adamının böyüklüyünü göstərir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.

Aktyor sənət cameəsində rəqabəti tərəqqi, paxılığı isə tənəzzül kimi dəyərləndirib:

“Sənətdə rəqabət həmişə olub və olmalıdır. Sağlam rəqabət insanı daha çox çalışmağa, öz üzərində işləməyə və inkişaf etməyə sövq edir. Amma rəqabət paxıllığa çevriləndə artıq sənətə yox, münasibətə zərər verir. Mən sağlam rəqabətin tərəfdarıyam. Hər kəsin uğurunu alqışlamağı bacarmaq isə sənət adamının böyüklüyünü göstərir. Bizim teatrımızda istedadlı gənclərimiz çoxdur və şükürlər olsun ki, onların arasında sənətin inkişafı üçün xoş rəqabət də var. Amma təəssüflə deyim ki, sənət aləmində paxıllıq deyilən xoşagəlməz hallar da mövcuddur. Rəqabət sənətin tərəqqisi, paxıllıq isə sənətin tənəzzülü deməkdir!”

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05