“200 min manat büdcəsi olan filmdə texniki heyətin ən gənc üzvü 5000 manat maaş, filmə çəkilən aktyor isə 500 manat qonorar alır”.
Yenicag.az xəbər verir ki, bu sözləri bir cox seriallarda əsas rolları canlandıran tanınmış aktyor Mahir Mirişli deyib.
Aktyor serial çəkilişlərində rastlaşdığı haqsızlıqlar barəsində təəssüf hissi ilə danışıb:
“200 min manat büdcəsi olan filmdə texniki heyətin ən gənc üzvü 5000 manat maaş, filmə çəkilən aktyor isə 500 manat qonorar alır.
Sonda aktyorun o 500 manatından da 100 manatı kəsib deyirlər ki, bilirsiniz, biz ziyana getdik, ona görə də çəkiliş zamanı evdən gətirdiyiniz şəxsi geyiminizi də itirmişik. Onu da halal edin, 100 manatı da…”
Sanki belə də olmalı idi. Etiraz etsən, haqqını tələb etsən, bir də səninlə işləməyəcək. Bunlar məni o həddə çatdırıblar ki, inanın, öz sənətimi atmaq, gedib fəhlə işləmək istəyirəm. Heç olmasa, fəhləliklə evimə çörək pulu qazana bilərəm”.
Cəvahir