Əməkdar artist seriallarda niyə YOXDUR ? - “Buna görə imtina etdim”

media-hightechnic-468x90

“Seriala çəkimək mənlik deyil”.

media-banner_tkm

Bu sözləri tanınmış rejissor, Əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.

O, “yerli seriallarda niyə yoxsunuz? Dəvət etmirlər, ya özünüz çəkilmək istəmirsiniz?” sualını cavablandırıb.

“Məni lap çoxdan – 7-8 il əvvəl seriallara dəvət ediblər, onda da imtina etmişəm. Amma indi çağırmırlar. Elə yaxşı da edib çağırmırlar. Çünki serialda çəkilmək üçün vaxt, zaman lazımdır, o da məndə yoxdur.  Hər zaman da bir şeyi deyirəm ki, hər hansı bir ekran işinə çəkilirsənsə, orada mütləq ikisindən biri olmalıdır: ya sənət, ya da pul. Onların heç biri yoxdursa, o işdə olmağa dəyməz. Təbii ki, mən öz adımdan danışıram”.

Əməkdar artist, eyni zamanda, yerli serialların keyfiyyəti ilə bağlı sualımıza da münasibət bildirib:

“Ümid edirəm ki, bizdə  seriallar nə vaxtsa daha yaxşı bir vəziyyətə gəlib çıxacaq. Bunun üçün də təcrübə lazımdır. Hələ ki bizim seriallar təcrübə  dövrünü keçir. İnşallah, inanıram ki, get-gedə daha maraqlı seriallar çəkiləcək. Amma seriala çəkimək mənlik deyil”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05