“400 manat maaşla YAŞAMAĞA ÇALIŞIRAM” - “İlan”dan narazı qalan aktyor ümidini “At”a bağladı

media-hightechnic-468x90

“Gələn il At ilidir, murad ilidir, gələn ildə yeni tamaşalara quruluş vermək planımdadır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Məhəmməd Verdizadə deyib.

İlan ilində arzusuna çatmayan aktyor At ilindən muradının hasil olmasını gözləyir:

“Mən bürclərə o qədərdə inanmıram, axına düşüb desəm, bu il də mənim əsas işim düzəlmədi. Bilmirəm, bu İlan ilinə görədir, yoxsa yox. Mənim təqaüd vaxtım artıq 2 ildir, çatıb, amma mənə hələ də təqaüd verilmir. Bir neçə dəfə müraciət etdim, dedilər, Azərbaycanda yaşla deyil təqaüd, stajladır, ona görə mən hələ 3 il də, yəni 68 yaşım olanda bu 330 manat pulu alacağam. Əgər təqaüd vaxtını artırmasalar… Mədəniyyət Nazirliyindən mənə dedilər ki, biz təqaüd vermirik. 400 manat maaşla yaşamağa çalışıram, amma çətin olur, çox çətin. İndi bilmirəm, bunun bürclərə dəxli var, yoxsa yox. At ili gəlir, bəlkə, vəziyyət düzəldi. Mən hər şeyi başa düşürəm, sənət aləmində dəyərsiz bəzi insanlar var ki, onlara prezident təqaüdü verilir, amma nə edim, mənimki də belə alınıb”.

Aktyor yaradıcılıq taleyindən də danışıb:

“İlan ilinin başa çatmağına saylı günlər qalıb. Bu il mənim üçün teatr ili oldu, Azərbaycan Teatr Xadimləri İttifaqında iki tamaşaya müvəfəqiyyətlə quruluş verdim. Teatr rejissor-aktyor sənətinin özəyidir. Çünki hələ eramızdan əvvəl 4-cü əsrdə yaranan teatr bu gün də yaşayır və hələ neçə minilliklər də yaşıyacaq. Teatr insan ruhunun təcəssümüdür, insan yaşadıqca teatr da yaşayacaq. Gələn il At ilidir, murad ilidir, inşallah, gələn ildə yeni tamaşalara quruluş vermək planımdadır. Serial, kino isə Allahın verəcəyi muraddır, yaxın vaxtlarda serialda görüşəcəyik. Bütün yaxşı insanları gələn ildə, At ilində Allah muradına çatdırsın”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa