!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı: “Allahdan ən böyük mükafatımı onda aldım”

!Reklam – Yazi

“İnsan var ki, 17-18 yaşı var, amma özünü 70 yaşlı insan kimi hiss edir. Adam da var əksinə, 70 yaşı var, amma özünü 19 yaşındakı kimi hiss edir”.

Bunu doğum günü ilə bağlı təəssüratlarını paylaşarkən tanınmış aparıcı Anar Vəlizadə Yenicag.az-a açıqlamasında deyib.

O, rəqəmlərin onun üçün əhəmiyyət daşımadığını bildirib:

“Heç vaxt mənim üçün rəqəmlərin əhəmiyyəti olmayıb. Rəqəmlər sadəcə riyaziyyatdan, toplama-çıxmadan ibarətdir. Bunun insan həyatında o qədər də rolu olduğunu zənn etmirəm. Buna inanlar var, amma mən inanmıram. Əsas olan insanın ruhudur”.

Heç vaxt təmtəraqlı doğum günü keçirmədiyini deyən Anar ən yadda qalan doğum günündən də danışıb:

“Özümə təntənəli doğum günü etməmişəm, heç təmtərağı sevmirəm də.

Ən yaddaqalan doğum günümə gəlincə, kiçik ikiotaqlı evimiz var idi. Orada qeyd etdiyim doğum günümü heç vaxt unutmuram. O evdə süfrə başında olan adamların demək olar ki, çoxusu indi həyatda yoxdur. Bu, mənim həm kədərli, həm də yaddaqalan doğum günüm olub”.

“Həyatınızda yola verdiyiniz illər çox olub, yoxsa doya-doya yaşadığınız?” sualına aldığımız cavab belə oldu:

“Qızım anadan olan vaxta qədər, bəlkə də, həyatımda yola verdiyim günlər çox olub. Amma o dünyaya gələndən sonra illəri doya-doya yaşayıram. Həyatımda çox möcüzələr görmüşəm və inanıram da. Hamını da möcüzələrə inanmağa çağırıram. Əgər möcüzələrə inandınsa, mütləq reallaşacaq. Allahdan ən böyük mükafatımı almışam. O mənim qızımdır. Ümid edirəm, bundan sonra da Allahın nəzərindən qaçmaram”.

Cəvahir

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv