8
“Uxtaneftqazgeologiya” ASC-nin keçmiş baş direktoru, Azərbaycan diasporunun Komidəki liderlərindən olan biznesmen Arif Sayadov barəsində məhkəmə hökmündən hər iki tərəf şikayət verib

APA-nın “kommersant”a istinadən verdiyi məlumata görə, prokurorluq “Uxtaneftaqazgeologiya” şirkətinin keçmiş baş direktoru ilə bağlı verilmiş 4 il azadlıqdan məhrum etmə qərarını həddindən artıq yumşaq hesab edir.

Müdafiə tərəfi isə müttəhimə tam bəraət istəyir.

Arif Sayadov özü də günahsız olduğunu bildirir. Bundan başqa, keçmiş baş direktorda onkoloji xəstəlik qeydə alınsa da, nümayəndələrinin bildirdiyinə görə, o, lazımi yardım almır.

Qeyd edək ki, 65 yaşlı A. Sayadova qarşı bu ilin avqustunda Uxta şəhər məhkəməsində ittiham irəli sürülüb. O, milyonlarla vəsaitin mənimsənilməsi və çirkli pulların yuyulmasında ittiham edilir.

Onun vəkilləri isə qeyd ediblər ki, ittihamlar əsassızdır, söhbət ancaq sənədləşmə zamanı yol verilən səhvlər nəticəsində ortaya çıxan rəqəmlərdən gedir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."