!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış rejissor televiziyadan getdi - FOTO

!Reklam – Yazi

ARB Aran və “Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviç televiziya ilə yollarını ayırıb. 4 il əvvəl ARB Aran televiziyasının nəzdində yaradılan “Aranfilm” Yaradıcılıq Mərkəzi fəaliyyətini dayandırıb.

Bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib:

“Yaradıcılıq Mərkəzində 4 ildə 100-ə yaxın film istehsal edilib. Onların içində idman, portret, elmi-kütləvi, araşdırma kimi işlərlə əlavə qısametraj bədii filmlər də çəkilib. Peşəkar və mehriban bir kollektiv yaradaraq Azərbaycanın mədəni və ictimai həyatına filmlərimizlə rəng qatmaq istədik. Düşünürəm ki, bunu bacardıq”.
Qeyd edək ki, “Aranfilm”in istehsal etdiyi filmlərə Bakıda, eyni zamanda regionlarda mütəmadi baxışlar keçirilib, studiyanın filmləri beynəlxalq festivallarda da iştirak edib.

Cəvahir

www.yenicag.az

3282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv